Rusiya XİN başçısı: "Regional formatda nazirlərin görüşləri aktualdır"

Rusiya XİN başçısı: "Regional formatda nazirlərin görüşləri aktualdır" Noyabrın 30-da Bakıda Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək
Xarici siyasət
20 Noyabr , 2017 15:41
Rusiya XİN başçısı: Regional formatda nazirlərin görüşləri aktualdır
Report/ Elshan Baba

Bakı. 20 noyabr. REPORT.AZ/ "Hər formatın əlavə dəyəri olmalıdır".

Bunu "Report"un üçtərəfli regional formatların inkişaf imkanları barədə sualını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda brifinqdə deyib.

S.Lavrov qeyd edib ki, regional formatda nazirlərin belə görüşləri məzmun olarsa, aktualdır.

O xatırladıb ki, məsələn, nazirlər səviyyəsində Rusiya-Türkiyə-İran formatı Suriyada münaqişənin həllində aktualdır.

Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmin sualı cavablandırarkən bildirib ki, belə regional formatların genişləndirilməsi imkanları var.

O, bu baxımdan, noyabrın 30-da Bakıda Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin görüşünün keçiriləcəyini elan edib.

Son xəbərlər

Orphus sistemi