Yuxarı

Rusiya Prezidenti sentyabrın sonlarında Azərbaycana səfərə gələcək

İlin sonuna qədər rəsmi Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli sammitinə ev sahibliyi edəcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya"ya Rusiya dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, bundan əlavə, ilin sonuna qədər rəsmi Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammitə ev sahibliyi edəcək.

Xatırladaq ki, Rusiya, İran və Azərbaycan rəhbərlərinin ilk görüşü 2016-cı ildə keçirilib. Sonrakı sammitlər Bakıda və Tehranda baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi