Rusiya Prezidenti sentyabrın sonlarında Azərbaycana səfərə gələcək

Rusiya Prezidenti sentyabrın sonlarında Azərbaycana səfərə gələcək İlin sonuna qədər rəsmi Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli sammitinə ev sahibliyi edəcək
Xarici siyasət
7 Sentyabr , 2018 09:22
Rusiya Prezidenti sentyabrın sonlarında Azərbaycana səfərə gələcək
Vladimir Putin

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin sentyabrın sonlarında Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya"ya Rusiya dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, bundan əlavə, ilin sonuna qədər rəsmi Moskva Azərbaycan, İran və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli sammitə ev sahibliyi edəcək.

Xatırladaq ki, Rusiya, İran və Azərbaycan rəhbərlərinin ilk görüşü 2016-cı ildə keçirilib. Sonrakı sammitlər Bakıda və Tehranda baş tutub.

Son xəbərlər

Orphus sistemi