Rusiya
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
“Aprelin 9-da müasir Azərbaycanın memarlıq simvolu olan Heydər Əliyev Mərkəzinin binası üzərinə Rusiyanın bayrağı proyeksiya edilib. Bu çətin qlobal şəraitdə Rusiya üçün yaxın dost, qonşu və etibarlı tərəfdaş olan Azərbaycanın dəstəyi xüsusilə vacibdir”, - səfirlikdən qeyd olunub.
“Rusiya tərəfi də Azərbaycana qarşı belə isti münasibətlər duyur, pandemiyanın nəticələrini aradan qaldırmaqla bağlı səylərini dəstəkləyir”, - diplomatik nümayəndəlikdən bildirilib.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün pandemiyanın geniş yayıldığı bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Heydər Əliyev Mərkəzinin binası üzərinə proyeksiya olunur. Bununla Mərkəz COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək virusdan zərər çəkən Çin, Fransa, Almaniya, İran və İtaliyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.