Yuxarı

Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti iclası yazda keçiriləcək

İqor Bratçikov: Ümid edirəm ki, sərhədləri qısa zamanda demarkasiya edəcəyik
© Report/ Firi Salim

Bakı. 19 fevral. REPORT.AZ/ "Rusiya-Azərbaycan sərhədinin demarkasiyası üzrə işçi qrupun növbəti iclası yazda keçiriləcək".

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqları üzrə səfiri İqor Bratçikov bildirib.

Onun sözlərinə görə, demarkasiya prosesi planlaşdırılmış qaydada həyata keçiriləcək. 

"Ümidvaram ki, sərhədləri qısa zamanda demarkasiya edəcəyik", - İ.Bratçikov deyib.

Xüsusi tapşırıqlar üzrə səfirin sözlərinə görə, Rusiya tərəfi artıq iclasın Bakıda keçirilməsi ilə bağlı azərbaycanlı həmkarlarından dəvət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi