Qubernator: “Heydər Əliyev hər zaman Gürcüstan dövlətinə və xalqına böyük dəstək verib”

Qubernator: “Heydər Əliyev hər zaman Gürcüstan dövlətinə və xalqına böyük dəstək verib” Tbilisi. 12 dekabr. REPORT.AZ/ “Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev hər zaman Gürcüstan dövlətinə və xalqına böyük dəstək verib”.
Xarici siyasət
12 Dekabr , 2018 12:42
Qubernator: “Heydər Əliyev hər zaman Gürcüstan dövlətinə və xalqına böyük dəstək verib”
Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili / report
0 : 00
0 : 00

Tbilisi. 12 dekabr. REPORT.AZ/ “Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev hər zaman Gürcüstan dövlətinə və xalqına böyük dəstək verib”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, dahi şəxsiyyət olan H.Əliyev Azərbaycanın dirçəlməsində böyük rol oynayıb: “Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə çox əhəmiyyətli layihələr həyata keçirilib. Böyük İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan boru kəməri kimi iri layihələr Gürcüstanın suverenleyinin möhkəmlənməsinə xidmət edib. Biz, Gürcüstan vətəndaşları olaraq hər zaman Heydər Əliyevin əziz xatirəsini anırıq və ona təşəkkür edirik”.

Qubernator Gürcüstan və Azərbaycan arasında mövcud əlaqələrin bu gün də inkişaf etdiyini və daha da genişləndiyini vurğulayıb: “Biz, Heydər Əliyevin davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevə uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq arzu edirik”. 

Son xəbərlər

Orphus sistemi