Prezident İlham Əliyev Latviyanın sabiq dövlət başçısını qəbul edib

Prezident İlham Əliyev Latviyanın sabiq dövlət başçısını qəbul edib Azərbaycanın böyük şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəzin artıq vacib beynəlxalq instituta çevrildiyi vurğulanıb
Xarici siyasət
27 Aprel , 2015 18:49
Prezident İlham Əliyev Latviyanın sabiq dövlət başçısını qəbul edib

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib. 

“Report” xəbər verir ki, görüşdə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəzin artıq vacib beynəlxalq instituta çevrildiyi və bu qurumun müxtəlif sahələri əhatə edən tədbirlərinə marağın ildən-ilə artığı qeyd olunub, bu istiqamətdə işlərin davam etdirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Mərkəzin xalqlar və ölkələr arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsi işinə verdiyi töhfə xüsusi qeyd edilib.

Son xəbərlər

Orphus sistemi