Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlığı verib “Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi”
Xarici siyasət
21 Noyabr , 2016 16:59
Prezident İlham Əliyev hindistanlı həmkarına başsağlığı verib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə başsağlığı məktubu göndərib.

“Report”un xəbərinə görə, başsağlığı mətninə deyilir:

“Hörmətli cənab Prezident,

Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Son xəbərlər

Orphus sistemi