Yuxarı

Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə Prezident Miloş Zemana təbrik məktubu ünvanlayıb.

“Report” xəbərinə görə, təbrikdə deyilir: 

“Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi