Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə Prezident Miloş Zemana təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
27 Oktyabr , 2018 17:16
Prezident İlham Əliyev çexiyalı həmkarını təbrik edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının milli bayramı münasibətilə Prezident Miloş Zemana təbrik məktubu ünvanlayıb.

“Report” xəbərinə görə, təbrikdə deyilir: 

“Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Çexiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.

Son xəbərlər

Orphus sistemi