Yuxarı

Prezident İlham Əliyev: "Bu il "Bakı Prosesi"nin on illiyini qeyd edəcəyik"

Prezident İlham Əliyev: "Bu il "Bakı Prosesi"nin on illiyini qeyd edəcəyik"

Bakı. 7 iyun. REPORT.AZ/ "Bizim təşəbbüsümüzlə on il bundan əvvəl başlanan "Bakı Prosesi" dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatıdır. Bu on il ərzində buna oxşar təşəbbüs heç kim tərəfindən irəli sürülməmişdir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar mərasimində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, “Bakı Prosesi” sırf ölkəmizin təşəbbüsüdür: "Bu il biz “Bakı Prosesi”nin on illiyini qeyd edəcəyik. Bu təşəbbüs BMT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. “Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir və bu illər ərzində görün biz Azərbaycanda nə qədər böyük tədbirlər keçirmişik - dünya dini liderlərinin zirvə görüşü, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası dialoq forumları. Yəni, bütün bunları biz ona görə edirik ki, buna böyük ehtiyac var. Biz istəyirik ki, nəinki Azərbaycanda, dünyada dinlərarası münasibətlər yüksək səviyyədə tənzimlənsin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi