Yuxarı

Prezident İlham Əliyev Abu Dabinin Vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini ilə görüşüb

Prezident İlham Əliyev Abu Dabinin Vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini ilə görüşüb
Görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və dinamik şəkildə inkişaf etdiyi bildirilib
© President.az

Bakı. 22 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və dinamik şəkildə inkişaf etdiyi bildirilib. 

Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və iki ölkə arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edilib, ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu bildirdi və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi