Prezident İlham Əliyev: “İki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvaram” - YENİLƏNİB

Prezident İlham Əliyev: “İki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvaram” - YENİLƏNİB Bridcet Brinki ilə Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
22 Noyabr , 2016 11:51
Prezident İlham Əliyev: “İki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvaram” - YENİLƏNİB

*** saat 10:01

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.

“Report” xəbər verir ki, dövlət başçısı xanım Bridcet Brinklə bu ilin yayında ikitərəfli münasibətlər, regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq iki ölkə arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brink ölkəsinin Azərbaycana, bütövlükdə regiona olan güclü dəstəyini qeyd edərək Birləşmiş Ştatların bu istiqamətdə uzun müddət ardıcıl siyasət həyata keçirdiyini vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi