Yuxarı

Oqtay Əsədov sabah Gürcüstana səfər edəcək

Oqtay Əsədov sabah Gürcüstana səfər edəcək
Dinlə

Milli Məclisin sədri Oqtay Əsədov

Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov mayın 26-da Gürcüstana səfər edəcək.

"Report" xəbər verir ki, səfərdə məqsəd Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərə qatılmaqdır.

O.Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, deputatlar və digər rəsmi şəxslər daxildir.  

Azərbaycan Milli Məclisinin sədri Gürcüstan parlamentində keçiriləcək “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masada çıxış edəcək.

Səfər çərçivəsində O.Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

Qeyd edək ki, mayın 26-da Gürcüstan Demokratik Respublikanın yaranmasının 100 ili tamam olur. Bununla bağlı Tbilisidə geniş tədbir keçiriləcək. 

Mərasimdə 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi