"National Interest": Azərbaycan ABŞ-ın siyasi rəsmilərinin daha böyük diqqətinə layiqdir

"National Interest": Azərbaycan ABŞ-ın siyasi rəsmilərinin daha böyük diqqətinə layiqdir "Amerikaya Azərbaycan kimi tərəfdaşlar lazımdır"
Xarici siyasət
26 Yanvar , 2018 11:32
National Interest: Azərbaycan ABŞ-ın siyasi rəsmilərinin daha böyük diqqətinə layiqdir
nationalinterest.org

Bakı. 26 yanvar. REPORT.AZ/ "Azərbaycan iqtisadi planda və enerji sektorunda mühüm regional oyunçu olaraq qalacaq."

"Report" xəbər verir ki, bu barədə ABŞ-da dərc olunan "National Interest" nəşrində işıq üzü görən məqalədə yazılıb.

"Cənubi Qafqazda Xəzər dənizinin sahilində yerləşən Azərbaycan kiçik, lakin mühüm ölkədir. Azərbaycan ABŞ-ın siyasi rəsmilərinin daha böyük diqqətinə layiqdir", - məqalədə deyilir.

Müəllif qeyd edir ki, Azərbaycan ilə ABŞ arasında əlaqələrin tarixi I Dünya müharibəsindən sonra Paris Sülh Konfransından - ADR-in mövcud olduğu zamandan başlayır. Məqalədə ABŞ-ın o dövrdəki prezidenti Vudro Vilsonun ADR nümayəndələri ilə azadlıq ideyaları, hüquq və ədalət haqqındakı düşüncələr ilə bağlı eyni dildə aparılan söhbətini vurğulandığı xatırladılır.

Məqalədə deyilir ki, o vaxtdan bəri çox şey dəyişib, amma Azərbaycan bir sıra səbəblərdən ABŞ-ın mühüm tərəfdaşı olaraq qalır. Müəllifin fikrincə, respublika həmçinin terrorizmlə mübarizəyə mühüm töhfələr verib. Başqa bir səbəb kimi rəsmi Bakının yürütdüyü siyasət göstərilir. Buna nümunə kimi, Avropada NATO-nun birləşmiş qüvvələrinin Baş komandanı, general Körtis Skaparotti ilə Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda keçiriləcək görüşü qeyd olunur.

Əməkdaşlığın vacibliyinə təsir göstərən digər səbəb kimi, Azərbaycanla İsrail arasındakı əlaqələr, Bakı ilə Vaşinqton arasındakı iqtisadi və enerji əlaqələri vurğulanır.

"Azərbaycan iqtisadi planda və enerji sektorunda mühüm regional oyunçu olaraq qalacaq. Rusiya və ABŞ-ın yüksək çinli hərbi şəxslərinin son görüşlərindən göründüyü kimi, Azərbaycan həm də Qərb ilə Şərq arasında dürüst vasitəçi kimi mühüm rol oynayır. Amerikaya Azərbaycan kimi tərəfdaşlar lazımdır. Düzgün siyasət aparılsa, ABŞ-Azərbaycan münasibətləri hər iki ölkəyə eyni dərəcədə faydalı ola bilər", - məqalədə yazılıb.

Son xəbərlər

Orphus sistemi