Monqolustan Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edib

Monqolustan Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edib Bakı. 25 dekabr. REPORT.AZ/ Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Xarici siyasət
25 Dekabr , 2017 12:32
Monqolustan Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Xaltmaaqiyn Battulqa dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün yaxşı imkanların olduğunu qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi