Yuxarı
    Bağlamaq

    Milli Məclis sədrinin müavini: “Azərbaycanla Rusiya arasında gərginləşmə yoxdur”

    “Rəsmi Bakı Rusiyadan adekvat münasibət gözləyir”© Report.az

    Bakı. 9 iyun. REPORT.AZ/ “Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlı şərhlər verilir. Amma bu, gərginləşmə demək deyil. Azərbaycan-Rusiya münasibətləri ikitərəfli strateji əməkdaşlıq səviyyəsində olan münasibətlərdir. Bu münasibətlərin bütün parametrləri üzrə tərəflərin öz öhdəliklərini daim yerinə yetirdiyinin şahidi oluruq”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Milli Məclisinin sədr müavini Bahar Muradova deyib.

    O bildirib ki, Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirdiyi kimi münasibətdə olduğu ölkələrdən, o cümlədən Rusiyadan da buna adekvat olan addımı atmağı gözləyir: "Bu günə qədər də hər hansı ciddi problemimiz olmayıb. Müxtəlif yönlərdən şərhlərin verilməsinə rəğmən məsələ hüquqi müstəvidə həll edilməlidir. Bundan kənar siyasi divident güdməyə yönəlmiş şərhlər verilməsi həqiqətən də münasibətləri gərginləşdirmək yolunda problemlər yarada bilər. Özü-özlüyündə Azərbaycanın müvafiq dövlət qurumları, Milli Məclisi, vətəndaş cəmiyyətinin nümayəndələri və o cümlədən mətbuat bu məsələnin hüquq çərçivəsində həll edilməsini gözləməlidir. Açıqlamalar və şərhlər bu yöndə verilməlidir. Rusiyada yaşayan azərbaycanlılar bizimlə eyni soy-kökdən olsalar da, onlar Rusiya vətəndaşlarıdırlar”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi