ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayzanın (Matthew Bryza) İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Report”a müsahibəsi:
- Dünya İqtisadi Forumu çərçivəsində keçirilən Xəzər Həftəsində iştirak etmək üçün İsveçrənin Davos şəhərindəsiniz. Bu qlobal ideyalar platformasında çıxışlarınız zamanı əsasən hansı mövzulara toxunacaqsınız?
- Forum çərçivəsində 3 paneldə iştirakım nəzərdə tutulub. Bunlardan birincisi
- Azərbaycanda son zamanlar aparılan sosial-iqtisadi islahatlar haqqında nə düşünürsünüz?
- Hesab edirəm ki, iqtisadi böhran, neftin qiymətinin düşməsi və beləliklə, manatın məzənnəsinin zəifləməsindən Azərbaycan Prezidenti 2014-cü ildə bacarıqla istifadə edərək yeni təşəbbüslərə üz tutub və büdcənin tələblərinə adekvat yeni tədbirlərə imza atıb.
Hesab edirəm ki, Azərbaycan Prezidenti bir sıra əhəmiyyətli islahatalar həyata keçirib. Biznesin həyata keçirilməsinin asanlaşdırılması, müştəri xidmətlərinin səmərəliləşdirilməsi üçün vacib olan sənədlərin elektronlaşdırılması həyata keçirilir. Təhsil sistemində islahatlara start verilib, dövlət strukturlarında bir sıra səmərəliləşdirilmə işləri həyata keçirilib. Çox yaxşı haldır ki, islahatlar vergi sisteminə qədər uzanır. Görünür ki, Azərbaycanda həqiqətən ciddi islahatlara start verilib. Azərbaycan hökuməti maliyyə böhranından bəhrələnməyə çalışır. Nazirlər qənaətkar və şəffaf olmaq məcburiyyətindədirlər.
Daha bir əhəmiyyətli islahat siyasi sahəni əhatə edir ki, bu da parlament seçkilərində özünü göstərir. Çox gözəl haldır ki, Azərbaycanda Parlamenti buraxılıb. Burda əsas məqsəd, mənim başa düşdüyüm qədər, gənc nəsli irəli çəkmək, onlara yol verməkdir.
- Azərbaycanın həyata keçirdiyi enerji layihələri barədə fikirləriniz necədir?
- Bir sıra enerji dəhlizləri var ki, əhəmiyyətlidir. Onlar arasında ən çox da Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri şəxsən mənim üçün çox böyük əhəmiyyət kəsb edir. İlk növbədə deyim ki, mən onların strateji xarakterinə inanıram. Şəxsi həyatıma gəldikdə isə, onlar mənim həyatımın axarını dəyişiblər. Onların səbəbindən mənim xanımım bu gün Türkiyədə yaşayır. Öz şəxsi qayğılarımı bir qırağa qoyum. Əlbəttə ki, bu kəmərlərin Azərbaycana olduqca böyük xeyiri dəyib. Ondan başlayım ki, bu kəmərlər Avropanın istər təbii qaz, istərsə də neftlə təmin olunmasına kömək edib.
Bu kəmərlərin Azərbaycanın iqtisadiyyatının yüksəlməsində rolu böyük olub. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəmərinin istifadəyə verilməsindən sonra Azərbaycan misli görünməmiş iqtisadi təkamül dövrünü yaşamağa başlayıb.
Ən əsası isə fikrimcə, enerji kəmərlərinin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsindəki rolu böyükdür. Onlar istər fiziki olsun, istərsə də iqtisadi birlik yaratmağa xidmət ediblər. Beləliklə, bu inkişaf sayəsində Azərbaycan Türkiyə, Avropa İttifaqı ilə böyük bazar münasibətlərinə girməyə nail olub. Daha əsas olan isə bu gün Azərbaycanın bu uğurlarını davam etdirə bilməsidir. Bu gün Azərbaycan Trans-Atlantik və Trans-Xəzər icmalarında böyük rol oynayır.
Çox sevindirici haldır ki, Xəzər dənizi vasitəsilə fiber-optik kabelin çəkilişinə başlanıb. ABŞ-ın “Amazon”, “Netflix” və digər aparıcı şirkətləri Cənubi Qafqazda təmsil olunurlar və Orta Asiya istiqamətində irəliləyirlər. Bütün bununla demək istəyirəm ki, dünyanın bu hissəsi özünün ən əlamətdar dövrünü yaşamaqdadır.
- Fikrinizcə, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqmı?
- Bu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həll olunacağı ilə bağlı elə də nikbin fikirdə deyiləm. Amma halbuki, keçən il yaxşı başlamışdı. Ermənistanın baş naziri adama elə təsir bağışlayırdı ki, yeni yoldadır, yeni nəsə etmək istəyir. Adamda məsələyə yeni yanaşma tətbiq etmək təəssüratı yaradırdı. Onun Azərbaycan Prezidenti