Manuel Qonzalez Sanz: "Azərbaycanda Kosta-Rikanın səfirliyinin açılması xoş münasibətlərin əlamətidir"

Manuel Qonzalez Sanz: "Azərbaycanda Kosta-Rikanın səfirliyinin açılması xoş münasibətlərin əlamətidir" "İki ölkə arasındakı ticarət əlaqələrinin inkişafı böyük potensiala malikdir"
Xarici siyasət
29 Noyabr , 2017 17:26
Manuel Qonzalez Sanz: Azərbaycanda Kosta-Rikanın səfirliyinin açılması xoş münasibətlərin əlamətidir
Report/ Firi Salim

Bakı. 29 noyabr. REPORT.AZ/ "Bakıda səfirliyin açılması Azərbaycanla Kosta-Rika arasındakı xoş münasibətlərin əlamətidir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz deyib.

XİN başçısı qeyd edib ki, bu, onun Azərbaycana üçüncü səfəridir.

"Bu gün ölkəm üçün çox əhəmiyyətli gündür. Çünki Azərbaycanda səfirliyimizi açırıq. Bu, kifayət qədər qısa zaman kəsiyində qurulan dostluq münasibətlərinə aydın sübutdur. Ölkələr arasında diplomatik əlaqələr uzun illərdir qurulsa da, məhz son illərdə əməkdaşlığımızı əhəmiyyətli dərəcədə inkişaf etdirmişik", - Sanz bildirib.

Nazir bu gün baş tutan intensiv danışıqlara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Manuel Qonzalez Sanz dünyanın bu hissəsindəki ölkələr arasında Azərbaycanın Kosta-Rikanın mühüm strateji tərəfdaşına çevrilməsində maraqlı olduqlarını qeyd edib.

O, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb: "İki ölkə hökuməti arasındakı münasibətlər yüksək səviyyədədir. İndi iki ölkənin xalqları bu siyasi platformadan nümunə götürməlidir".

Kosta-Rika XİN başçısı Azərbaycanın da San-Xose şəhərində səfirlik açacağına ümid etdiyini bildirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı böyük potensiala malikdir, eləcə də qarşılıqlı sərmayə sahəsinin inkişaf perspektivləri mövcuddur.

Manuel Qonzalez Sanz Bakıdakı səfirliyə hələlik müvəqqəti işlər vəkilinin rəhbərlik edəcəyini və artıq gələn il Kosta-Rikanın Azərbaycandakı səfirinin təyin olunacağına ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi