Bakı. 29 sentyabr. REPORT.AZ/ “Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır”. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən III Azərbaycan və
O xatırladıb ki, Azərbaycanın ticarət dövriyyəsinin 43%-i Avropa İttifaqının payına düşür: “Bildiyiniz kimi, ticarət dövriyyəsinin böyük hissəsi enerji sektorunun payına düşür. Bizim enerji sektorunda çox güclü əlaqələrimiz var”.
O, Azərbaycan qazının Avropaya ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsindən də danışaraq qeyd edib ki, bu layihə Avropa İttifaqı üçün strateji önəm daşıyır və Aİ layihəni tam dəstəkləyir. Səfir bildirib ki, layihənin nəzərdə tutulan vaxtda tamamlanması əsas məqsədlərdəndir və işlər də plana uyğun davam edir. O, gələcəkdə Cənub Qaz Dəhlizi layihəsinin imkanlarının genişləndirilməsinin də düşünüldüyünü qeyd edub: “Düşünürük ki, bu layihə bizim enerji strategiyamızın təhlükəsizliyi baxımından vacibdir. Genişləndirmə çərçivəsində müxtəlif variantlar nəzərdən keçirilə bilər. Biz Avropaya daha çox həcmlərin gəlməsini istərdik”.