Malena Mard: "Aİ Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi çərçivəsində yaxın zamanda danışıqlara başlayacağına ümid edir"

Malena Mard: "Aİ Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi çərçivəsində yaxın zamanda danışıqlara başlayacağına ümid edir" "Hər iki tərəfin maraqlı olduğunu hiss edirik"
Xarici siyasət
16 Noyabr , 2016 12:49
Malena Mard: Aİ Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi çərçivəsində yaxın zamanda danışıqlara başlayacağına ümid edir

Bakı. 16 noyabr. REPORT.AZ/ Avropa İttifaqı Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi çərçivəsində yaxın zamanda danışıqlara başlayacağına ümid edir.

"Report" bildirir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

"Biz bir çox sahələri, o cümlədən iqtisadiyyat, ticarət, ətraf mühit, nəqliyyat, dövlət idarəçiliyi və s. əhatə edən çoxtərəfli danışıqlar aparacağıq. Bizim üçün bu böyük layihədir. Lakin ümid edirik ki, işə mümkün qədər tez başlayacağıq. Çünki hər iki tərəfin maraqlı olduğunu hiss edirik. Həmçinin qeyd edilən sahələr üzrə mütəxəssislərin də təmsil olunacağı nümayəndə heyəti yaradılmalıdır. Onlar olmadan bu işi reallaşdırmaq çətin olar", - deyə M. Mard bildirib.

Son xəbərlər

Orphus sistemi