Yuxarı
    Bağlamaq

    Malena Mard: "Aİ Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi çərçivəsində yaxın zamanda danışıqlara başlayacağına ümid edir"

    Hər iki tərəfin maraqlı olduğunu hiss edirik

    Bakı. 16 noyabr. REPORT.AZ/ Avropa İttifaqı Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi çərçivəsində yaxın zamanda danışıqlara başlayacağına ümid edir.

    "Report" bildirir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

    "Biz bir çox sahələri, o cümlədən iqtisadiyyat, ticarət, ətraf mühit, nəqliyyat, dövlət idarəçiliyi və s. əhatə edən çoxtərəfli danışıqlar aparacağıq. Bizim üçün bu böyük layihədir. Lakin ümid edirik ki, işə mümkün qədər tez başlayacağıq. Çünki hər iki tərəfin maraqlı olduğunu hiss edirik. Həmçinin qeyd edilən sahələr üzrə mütəxəssislərin də təmsil olunacağı nümayəndə heyəti yaradılmalıdır. Onlar olmadan bu işi reallaşdırmaq çətin olar", - deyə M. Mard bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi