Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev "Şimali və Mərkəzi Asiyada tranzit dəhlizinin yaradılması" mövzusunda təşkil olunacaq xüsusi məsləhətləşmə iclasında iştirak edəcək. Bu barədə "Report"a XİN-in mətbuat xidmətindən məlumat verilib.
İclas mayın 26-dan 30-dək Tailandın Banqkok şəhərində keçiriləcək.
Tədbirdə davamlı inkişafın üç ölçüsünün balanslaşdırılması, Asiya və Sakit okean regionunda əhatəli və davamlı sosial-iqtisadi inkişaf üçün əsas təhdidlər mövzusunda müzakirələr aparılacaq.