“Azərbaycan və Gürcüstan arasında istənilən məsələ dostcasına və qardaşlıq mühitində həll olunmalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Gürcüstanın “Rustavi 2” televiziya kanalına açıqlamasında bildirib.
Nazir müavini deyib ki, Azərbaycanın Gürcüstanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və Azərbaycan qonşu ölkənin ən böyük investorudur.
O qeyd edib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan bu mövqeyini hər zaman dəqiq və aydın ifadə edir. Lakin, təəssüflər olsun ki, Gürcüstan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini hər zaman bildirmir. Sonuncu dəfə