Mahmud Məmməd-Quliyev: “Azərbaycan və Gürcüstan arasında istənilən məsələ dostcasına həll olunmalıdır”

Mahmud Məmməd-Quliyev: “Azərbaycan və Gürcüstan arasında istənilən məsələ dostcasına həll olunmalıdır” “Azərbaycan və Gürcüstan arasında istənilən məsələ dostcasına və qardaşlıq mühitində həll olunmalıdır”.
Xarici siyasət
11 İyul , 2019 19:08
Mahmud Məmməd-Quliyev: “Azərbaycan və Gürcüstan arasında istənilən məsələ dostcasına həll olunmalıdır”

“Azərbaycan və Gürcüstan arasında istənilən məsələ dostcasına və qardaşlıq mühitində həll olunmalıdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Gürcüstanın “Rustavi 2” televiziya kanalına açıqlamasında bildirib.

Nazir müavini deyib ki, Azərbaycanın Gürcüstanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir və Azərbaycan qonşu ölkənin ən böyük investorudur.

O qeyd edib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan bu mövqeyini hər zaman dəqiq və aydın ifadə edir. Lakin, təəssüflər olsun ki, Gürcüstan rəsmiləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini hər zaman bildirmir. Sonuncu dəfə Avropa Şurası Nazirlər Komitəsinin bu ilin mayında Finlandiyada keçirilən sessiyasında bunun şahidi olmuşuq”.

Son xəbərlər

Orphus sistemi