Latviya parlamentinin rəhbəri Azərbaycana səfərə dəvət olunub - FOTO

Latviya parlamentinin rəhbəri Azərbaycana səfərə dəvət olunub - FOTO İki ölkənin yerli özünüidarəetmə orqanları arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
26 May , 2016 05:52
Latviya parlamentinin rəhbəri Azərbaycana səfərə dəvət olunub - FOTO

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanın və Latviyanın yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, bələdiyyə assosiasiyalarının qarşılıqlı fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın Latviyadakı səfirliyindən "Report"a verilən məlumata görə, əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramovun Latviyanın Yerli Hakimiyyətlər İttifaqının sədri Andris Yaunsleyns ilə görüşündə aparılıb.

Həmin gün Milli Məclisin deputatı K.Bayramov və Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Latviya parlamenti sədrinin müavini Qundars Daudze ilə görüşüb. Görüşdə Milli Məclisin sədri Oqtay Əsədovun salamları Latviya Seyminin sədrinə çatdırılıb və İnara Murnietseyə ölkəmizə səfərlə bağlı ünvanladığı dəvət məktubu qarşı tərəfə təqdim edilib.

Söhbət zamanı Azərbaycan-Latviya parlamentlərarası əlaqələrinin perspektivləri, ölkələrimizin iqtisadi əməkdaşlığının potensialı müzakirə edilib. Parlament sədrinin müavininə Dağlıq Qarabağda təmas xəttindəki son vəziyyət barədə ətraflı məlumat verilib. Bütün region üçün təhlükə yaradan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinin vacibliyi qeyd edilib.

Milli Məclisin deputatı həmçinin Litva Seyminin deputatları, Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Xosams Abumeri və müavini Romans Naudinş ilə işçi görüş keçirib. Görüş zamanı hər iki parlamentin dostluq qruplarının qarşılıqlı fəaliyyəti müzakirə olunub, Milli Məclis və Seym arasında əlaqələrin fəallaşdığı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi