Yuxarı

İndoneziya vətəndaşlara xidmət göstərilməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir

İndoneziya vətəndaşlara xidmət göstərilməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir
İnam Kərimov İndoneziyaya səfər etmək dəvəti alıb
© Report.az

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov İndoneziyaya səfər etmək dəvəti alıb.

"Report" İndoneziya KİV-inə istinadən xəbər verir ki, dəvət İndoneziyanın dövlət aparatının və bürokratik islahatlar naziri Asman Abnur tərəfindən edilib.

Məlumata görə, İndoneziya vətəndaşlara xidmət göstərilməsi sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Belə ki, səfər zamanı İndoneziya və Azərbaycanda ictimai xidmətlərin göstərilməsinin yaxşılaşdırılması sahəsində əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi