İlham Əliyev Rusiyanın Türkiyədəki səfirinin qətlini qətiyyətlə pisləyib

İlham Əliyev Rusiyanın Türkiyədəki səfirinin qətlini qətiyyətlə pisləyib Prezident rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib
Xarici siyasət
19 Dekabr , 2016 23:39
İlham Əliyev Rusiyanın Türkiyədəki səfirinin qətlini qətiyyətlə pisləyib

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Ankaradakı səfirinin ölümü ilə həmkarı Vladimir Putinə başsağlığı verib.

"Report" xəbər verir ki, prezident Azərbaycanın bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pislədiyini bildirib.

"Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə İlham Əliyev bildirib.

Son xəbərlər

Orphus sistemi