Yuxarı

Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısına başsağlığı verib

İlham Əliyev İndoneziyanın dövlət başçısına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İndoneziyanın dövlət başçısı Coko Vidodoya başsağlığı verib. 

"Report"un xəbərinə görə, başsağlığı məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş sunami nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi