İlham Əliyev: "Azərbaycan bütün məsələlərdə Türkiyəni dəstəkləyir"

İlham Əliyev: "Azərbaycan bütün məsələlərdə Türkiyəni dəstəkləyir" Bakı. 10 iyul. REPORT.AZ/ Dağlıq Qarabağ probleminin həlli beynəlxalq hüquq normalarının bərpası demək olacaq. BMT Təhlükəsizlik Şurası münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin sənədlərdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycanın torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmalıdır. Bu qətnamələr icra edilməli, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur, eyni zamanda Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına əsaslanır.
Xarici siyasət
10 İyul , 2018 17:24
İlham Əliyev: Azərbaycan bütün məsələlərdə Türkiyəni dəstəkləyir
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ "Dağlıq Qarabağ probleminin həlli beynəlxalq hüquq normalarının bərpası demək olacaq. BMT Təhlükəsizlik Şurası münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Həmin sənədlərdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycanın torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmalıdır. Bu qətnamələr icra edilməli, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Türkiyənin bu məsələ ilə bağlı mövqeyi beynəlxalq hüquq normalarına uyğundur, eyni zamanda Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına əsaslanır".

“Report”un xəbərinə görə, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyənatında deyib.

Prezident vurğulayıb ki, Azərbaycan da bütün məsələlərdə Türkiyəni dəstəkləyir: “Bizim birgə fəaliyyətimiz bundan sonra da davam etdiriləcək. Bu gün keçirdiyimiz görüş əsnasında bir çox məsələlər haqqında fikir mübadiləsi aparıldı, görülmüş işlər təhlil edildi, gələcək planlar haqqında fikir mübadiləsi aparıldı. Bizim ticarət dövriyyəmiz artmalıdır və artır, qarşılıqlı sərmayə qoyuluşu davam edəcək”.

Son xəbərlər

Orphus sistemi