Hikmət Hacıyev: "Əsrin müqaviləsi" Azərbaycanın uğurlu enerji siyasətinin əsasını qoyub"

Hikmət Hacıyev: "Əsrin müqaviləsi" Azərbaycanın uğurlu enerji siyasətinin əsasını qoyub" Əsrin müqaviləsi Azərbaycanın uğurlu enerji siyasətinin əsasını qoyub.
Xarici siyasət
17 Sentyabr , 2019 10:51
Hikmət Hacıyev: Əsrin müqaviləsi Azərbaycanın uğurlu enerji siyasətinin əsasını qoyub
Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev / Report / Firi Salim

"Əsrin müqaviləsi" Azərbaycanın uğurlu enerji siyasətinin əsasını qoyub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "Əsrin müqaviləsi"nin imzalanmasına dair keçirilən seminarda deyib.

"Azərbaycanın karbohidrogenlərlə zəngin olmasına baxmayaraq, bu sərvətdən lazımi fayda götürmürdü. "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana enerji ehtiyatlarından faydalanmağa imkan verdi", - o bildirib.

Onun sözlərinə görə, bu müqavilə regional və qlobal enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edib.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" (keçmiş “Statoil”) - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

Son xəbərlər

Orphus sistemi