Yuxarı

Gürcüstanın XİN başçısı Keşikçi Dağı ilə bağlı emosional çıxışlardan çəkinməyə çağırıb

​Gürcüstan XİN başçısı Keşikçidağla bağlı hər kəsi emosional çıxışlard

“Bir daha hər kəsi Keşikçi Dağı ilə bağlı emosional çıxışlardan çəkinməyə çağırıram”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.

O, məbəd kompleksi yaxınlığında Azərbaycan tərəfdə texnikanın cəlb olunması haqqında məlumatlı olmadığını bildirib.

XİN başçısı bu barədə mediadan informasiya əldə etdiyini deyib: “Bildiyiniz kimi delimitasiya komissiyasının Bakıda ilk iclası keçirilir. Bütün informasiyalar komissiya çərçivəsində yoxlanılacaq. Həssas mövzu ilə bağlı bütün məsələlər komissiyada nəzərdən keçirilir”.

Qeyd edək ki, Gürcüstanın bəzi KİV-ləri Keşikçi Dağ Məbəd-Kompleksi yaxınlığında Azərbaycan tərəfinin texnika cəlb etdiyi barədə əsassız məlumat yayıblar. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi