Yuxarı

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri parlament çoxluğunu tərk edib

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri parlam

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu “Mühafizəkarlar” fraksiyası tərk edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə fraksiyanın üzvü, parlamentin sədr müavini Zviad Dzidziquri bildirib.

Onun sözlərinə görə, fraksiyanın çoxluğu tərk etməsinin səbəbi ötən gün qanunverici orqanda hakim partiyanın təşəbbüskarı olduğu proporsional seçki sisteminin dəstəklənməməsidir.

Qeyd edək ki, Z. Dzidziquri Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəridir. “Mühafizəkarlar” fraksiyasında bir neçə deputatla yanaşı, azərbaycanlı deputat Ruslan Hacıyev də təmsil olunur. O, fraksiyanın katibidir.

Ötən gün parlament çoxluğunu 10-a yaxın deputat tərk edib. Onlardan biri vitse-spiker, üçü isə komitə sədridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi