Yuxarı

Gələn ay Naxçıvanda İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə tədbir keçiriləcək

Gələn ay Naxçıvanda İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə tədbir keçiriləcək

Bakı. 5 may. REPORT.AZ/ "Bu il iyunun 20-də Naxçıvan şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə "Naxçıvan, İslam Mədəniyyətinin Paytaxtı-2018" adlı tədbirin açılış mərasimi keçiriləcək".

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dəkkə şəhərində keşirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında  çıxışı zamanı deyib. 

"Azərbaycan bütün dünyada İslam dəyərlərini təşviq etmək üçün ardıcıl işləyərək Fransanın məşhur Luvr muzeyində İslam İncəsənəti Bölməsinin təşkilinə fəal şəkildə töhfə vermiş və Vatikanda sərgisi nümayiş edilən ilk müsəlman ölkəsi olub. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib. 2018-ci ildə daha bir qədim Azərbaycan şəhəri olan Naxçıvan bu fəxri ada layiq görülüb", - E.Məmmədyarova əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi