Fələstin XİN başçısı: "Azərbaycan azadlıq mübarizəsində həmişə Fələstini dəstəkləyib"

Fələstin XİN başçısı: "Azərbaycan azadlıq mübarizəsində həmişə Fələstini dəstəkləyib" Bakı. 5 noyabr. REPORT.AZ/ Fələstin azərbaycanlılar tərəfindən dəstək və həmrəylik hiss edir.
Xarici siyasət
5 Noyabr , 2018 12:30
Fələstin XİN başçısı: Azərbaycan azadlıq mübarizəsində həmişə Fələstini dəstəkləyib
0 : 00
0 : 00

Bakı. 5 noyabr. REPORT.AZ/ "Fələstin azərbaycanlılar tərəfindən dəstək və həmrəylik hiss edir".

“Report” xəbər verir ki, bunu Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin Bakıda keçirilən iclasını jurnalistlərə şərh edən Fələstin xarici işlər naziri Riyad əl-Maliki deyib.

“Bu konfransın əhəmiyyəti aydındır. Asiya ölkələrində bütün səfirlər bir yerdə, yəni bu dəfə Bakıda toplaşaraq Fələstin dövləti qarşısında duran problemləri müzakirə edirlər”, - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan Fələstin üçün dost ölkə olduğundan Bakının bu tədbir üçün seçilməsi təsadüfi deyil.

Elmar Məmmədyarovla münasibətlərimiz sadəcə həmkarlar arasında olan münasibətlər deyil, bir-birimizi dost və qardaş hesab edirik. Azərbaycanlıların Fələstin məsələsində dəstəyini və həmrəyliyini hiss edirəm. Azərbaycan azadlıq mübarizəsində həmişə Fələstini dəstəkləyib”, – fələstinli nazir diqqətə çatdırıb.

O vurğulayıb ki, səfirlərin görüşünün Bakıda keçirilməsi təşəbbüsü xarici işlər naziri Elmar Məmmədyarova məxsusdur: “Bakıdan daha yaxşı yer tapa bilmədik. İsrail tərəfindən məhdudlaşdırıcı tədbirlər üzündən bu cür tədbirləri Fələstində keçirə bilmirik. Torpaqlarımızın İsrail tərəfindən işğalı ucbatından bizim rəsmi şəxslər Fələstinə sərbəst gəlib-getmək imkanından məhrumdur. Səfirlərimizdən bəziləri də məhdudlaşdırıcı tədbirlər səbəbindən Fələstinin işğal olunmuş ərazilərinə gələ bilmirlər. Ona görə də biz Fələstinə yaxın olan, üstəlik dost ab-havalı bir yer axtarırdıq və Bakını seçdik”.

Son xəbərlər

Orphus sistemi