Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb - YENİLƏNİB

Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb - YENİLƏNİB Bakı. 15 sentyabr. REPORT.AZ/ Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Xarici siyasət
15 Sentyabr , 2018 12:57
Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayıb  - YENİLƏNİB

Bakı. 15 sentyabr. REPORT.AZ/ Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. 


*** 11:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.

"Report" xəbər verir ki, dövlət başçısını Atatürk hava limanından dövlət və hökumət rəsmiləri yola salıblar.

Qeyd edək ki, R.T.Ərdoğan bu gün Bakının erməni-bolşevik işğalından azad olunmasının 100 illiyi münasibətilə keçiriləcək parada qatılacaq.

Son xəbərlər

Orphus sistemi