Yuxarı

Elşad İskəndərov XİN-in Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunub

Elşad İskəndərov XİN-in Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunub

Bakı. 4 dekabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün İƏT-in Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə “Report”a İƏT-in Gənclər Forumunun Bakı ofisindən bildirilib.

Görüşdə E.İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən İƏT baş katibi həmçinin İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə Azərbaycanlı diplomata İƏT adından təşəkkürünü bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunması münasibətilə Elşad İskəndərovu təbrik edən Baş Katib Əl-Useymin bunu Azərbaycanın İƏT və İƏT qurumları ilə əməkdaşlığına verdiyi yüksək qiymət kimi qiymətləndirib. Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən baş katib İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildə azərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını bildirib.

Qeyd edək ki, 22-24 oktyabr 2018-ci ildə İƏT Gənclər Forumunun İstanbulda keçirilən 3-cü Baş Assambleyasında səlahiyyət müddəti başa çatan səfir Elşad İskəndərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunub. Eyni zamanda E.İskəndərov Baş Assambleyanın qərarına əsasən qurumun İƏT üzv ölkləri hökümətləri ilə fəaliyyətlərini əlaqələndirəcək Məşvərət Şurasının sədri vəzifəsinə də təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi