Elmar Məmmədyarov Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Elmar Məmmədyarov Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib Səfir Tsuquo Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib
Xarici siyasət
20 Fevral , 2017 19:46
Elmar Məmmədyarov Yaponiya səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Bakı. 20 fevral.REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Tsuquo Takahaşini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə, xüsusilə iqtisadi və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Səfir Tsuquo Takahaşi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov səfir Tsuquo Takahaşi gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi