Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri
XİN-dən "Report"a verilən məlumata görə, nazir Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq hazırda da bu qurumun
B.Amreyev Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb. Bu mənada o, Türk Şurasının bir beynəlxalq qurum olaraq 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə toplantısında təsis edilməsinin tarixi əhəmiyyəti vurğulayıb və 2019-cu ildə təşkil ediləcək Zirvə toplantısının yenə də Azərbaycanda baş tutacağının rəmzi xarakter daşıyacağını ifadə edib.
Görüş əsnasında Türk Şurasına daxil olan ölkələr və xalqlar arasında dil və mədəniyyət sahələrində mövcud olan ortaq mirasın müasir dövrün tələblərinə uyğun olaraq təbliğ və təşviq etməsinin münasib yolları və bu məqsədlə aparılmalı islahatlar müzakirə edilib. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu qeyd edib.