Yuxarı

Elmar Məmmədyarov sabah Belarusa gedəcək

Elmar Məmmədyarov sabah Belarusa gedəcək
© Report/ Firi Salim — Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Bu barədə "Report"a XİN-dən məlumat verilib. 

Tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi