Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb Bakı. 13 dekabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.
Xarici siyasət
13 Dekabr , 2018 18:16
Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elchin Murad

Bakı. 13 dekabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş zamanı 2018-ci ilin dekabrın 14-15-də Azərbaycanda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Sözügedən tədbirlə bağlı təşkilatçılıq işlərinin cari vəziyyətindən məmnunluğunu bildirən Q.K.Barron qlobal konfransın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Tərəflər bu konfransın Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümidvar olduqlarını vurğulayıblar. 

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi