Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb

Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmidt ilə görüşüb.
Xarici siyasət
26 Sentyabr , 2018 17:13
Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmidt ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub. 

Tərəflər Aİ-Azərbaycan tərəfdaşlıq münasibətləri, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi regional enerji və nəqliyyat layihələri üzrə geniş fikir mübadiləsi aparıb, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyası üzrə maraq doğuran məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi