Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Viktor Szederkeni diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib
Xarici siyasət
7 Sentyabr , 2017 18:36
Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
XİN

Bakı. 7 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə səfir Viktor Szederkeni etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.

Səfir Viktor Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi