"Report" xəbər verir ki, nazirlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətləri və ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi apardıblar.
Xüsusilə turizm sahəsində son zamanlar artmaqda olan əməkdaşlığın Azərbaycan və Küveyt arasında münasibətlərin daha da inkişafına töhfə verdiyi qeyd olunub.
Tərəflər Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələsini müzakirə ediblər.
Görüşdə həmçinin regional təhlükəsizlik məsələləri və digər qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.