​Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişənin həlli üçün işğal faktına son qoyulmalıdır"

​Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişənin həlli üçün işğal faktına son qoyulmalıdır" Azərbaycan XİN rəhbəri Serbiyanın ATƏT-ə sədrliyi üzrə işçi qrupun rəhbəri ilə görüşüb
Xarici siyasət
6 May , 2015 19:12
​Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişənin həlli üçün işğal faktına son qoyulmalıdır

Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın ATƏT-ə sədrliyi üzrə işçi qrupun rəhbəri, səfir Dejan Şahoviçi qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Elmar Məmmədyarov Azərbaycanla Serbiya arasında siyasi, iqtisadi və humanitar əlaqələrin uğurla inkişaf etdiyi bildirərək, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında sıx təmasların olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov güc tətbiq edərək, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb. O əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır.

Görüşdə ATƏT-in gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi