Türkdilli dövlətlərin Bakı iclasının gündəliyi müzakirə olundu - FOTO
Türkdilli dövlətlərin Bakı iclasının gündəliyi müzakirə olundu - FOTOXarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb.
Xarici İşlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, görüşdə cari ilin 6 fevral tarixində Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar iclasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin təşkilatın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə ediblər.