"Azərbayanla
"Report" xəbər verir ki, bunu Xarici İşlər naziri
"Aİ rəsmilərinin çoxsaylı bəyanatlarında, eləcə də Avropa Parlamentinin qəbul etdiyi qətnamələrdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunur və Azərbaycan İttifaqın etibarlı və mühüm tərəfdaşı kimi qiymətləndirilir.
Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında Saziş 1999-cu ildə qüvvəyə minmiş və son 20 il ərzində Azərbaycanda bir çox dəyişikliklər baş vermiş, Azərbaycan regionda və dünyada vacib geosiyasi oyunçulardan birinə çevrilmiş; ölkəmiz bir sıra dünya və regional səviyyəli əhəmiyyətli nəqliyyat, enerji, mədəni və siyasi layihələrin təşəbbüskarı və icraçısı olmuşdur. Vətəndaşların sosial rifahının yüksəldilməsi, ədliyyə, sosial və dövlət idarəçiliyi sahəsində uğurlu islahatlar aparılır. Azərbaycan hazırda böldəgə iqtisadi layihlərin həyata keçirilməsi üçün ən iri investorlardan birinə çevrilmiş və Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ-yə ən çox sərmaya qoymuş ölkəyə çevrilmişdir. Ölkəmiz Avropanın iqtisadi böhran içində boğulduğu zaman “Cənubi Qaz Dəhlizi” layihəsi vasitəsilə yalnız Yunanıstanda beş min yeni iş yerinin yaranmasına dəstək vermiş, 15 mlrd. avro miqdarında Avropaya sərmaya qoymuşdur. 2020-ci ilin ilk yarısında Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “TAP” layihəsi vasitəsilə Avropaya ilk Azərbaycan qazının nəgl edilməsi nəzərdə tutulmuşdur. Ölkəmiz 1990-cı illərdə Aİ-nin yatırımına ehtiyac olan diyardan hazırda Avropanın inkişafına real dəstək verən dövlətə cevrilmişdir. Bir sözlə, Azərbaycan Aİ ilə münasibətlərdə keyfiyyətcə yeni vəziyyət yaranmışdır.
Məhz bu səbəblərə görə Azərbaycan Aİ ilə münasibətlərin inkişaf etidirilməsi və genişləndirilməsi üçün xüsusi, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan yol seçmiş, “Strateji tərəfdaşlıg Saziş” layihəsi üzrə danışıqların aparılmasını təklif etmiş və Brüssel bu təklifi qəbul etdi. Beləliklə, siyasi və iqtisadi münasibətlərin Tərəflər arasında əməkdaşlıq çərçivəsinin genişlənməsi, enerji sahəsində strateji səviyyədə tərəfdaşlığın həyata keçirilməsi, həmçinin artıq 9 Aİ üzv dövləti ilə strateji mahiyyətli sənədlərin imzalanması yeni və hərtərəfli sazişin işlənib hazırlanması ehtiyacını labüd etdi. 2017 cı ilin fevral ayından Azərbaycan tərəfi təqdim etdiyi layihəyə əsasən Aİ ilə yeni sənəd üzrə danışıqlara başlandı.
Üç ildən az müddət ərzində böyük həcmli layihə üzrə çoxsaylı danışıqlar raundu keçirilmiş, sənədin əksər hissəsi razılaşdırılmışdır. Tərəflər danışıqların yekunlaşması və sənədin paraflanması və imzalanması ilə bağlı heç vaxt hər hansı tarix məhdudiyyətlərini nəzərdə tutmamışlar. Bizim üçün danışıqlarda kəmiyyət və vaxt məhdudiyyətləri deyil, keyfiyyət önəmlidir. Şablon yanaşmadan uzaq, reallıqlara söykənən və hər iki tərəfi qane edən yanaşma müsbət nəticənin əldə olunmasında mühüm amillərdən biridir. Azərbaycan tərəfi Avropa Komissiyasının yeni rəhbər heyəti ilə bu istiqamətdə işləməyə davam edəcəkdir. Azərbaycan keyfiyyətli sazişin tərəfdarıdır və onun ölkəmizin milli mənafelərinə uyğun olması mütləqdir", - XİN başçısı vurğulayıb.