Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov ABŞ səfirini qəbul edib

    Bakı. 27 mart. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ səfiri Robert Sekutanı ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

    "Report"un məlumatına görə, görüşdə Robert Sekuta fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

    Nazir Elmar Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə R.Sekutaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi