Əli Həsənov: “Sülhün və sabitliyin təmin olunmasında beynəlxalq təşkilatların üzərinə məsuliyyət düşür”

Əli Həsənov: “Sülhün və sabitliyin təmin olunmasında beynəlxalq təşkilatların üzərinə məsuliyyət düşür” "BMT müharibə ölkələrinə ikili sdandartlarla yanaşır"
Xarici siyasət
16 Mart , 2017 17:55
Əli Həsənov: “Sülhün və sabitliyin təmin olunmasında beynəlxalq təşkilatların üzərinə məsuliyyət düşür”

Bakı. 16 mart. REPORT.AZ/ “Sülhün və sabitliyin təmin olunmasında beynəlxalq təşkilatların üzərinə məsuliyyət düşür”.

“Report”un xəbərinə görə bunu V Qlobal Bakı Forumunda çıxışı zamanı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar içərisində BMT-nin fəaliyyəti narazılıqla qarşılanır: “Müharibə ölkələrinə ikili sdandartlarla yanaşır. Münaqişələrdən əziyyət çəkən dövlətlərin BMT-yə inamı azalır. Liviya ilə bağlı çıxardığı qətnamə anındaca icra edildi. Amma BMT Ermənistan-Azərbaycan münaqişə ilə bağlı qətiyyət nümayiş etdirmir. Baxmayaraq ki, münaqişə ilə bağlı qətnamə qəbul olunub. Buna görə də təşkilatlarda struktur islahatları aparılmalıdır”.

Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün bərqərar olunması üçün BMT-də islahatların aparılmasının tərəfdarıdır: “İslahatların aparılması ilə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması tələb edilə bilər. Beynəlxalq münasibətlərdə birqütblü sistem yaradılıb. Bu da birmənalı qarşılanmır. Çoxqütblü siste m yaradılmaqla dünyada sabitlik yaradıla bilər”.

O deyib ki,  XXI əsrin sonunda SSR-nin dağılması və dünya sosializm sisteminin süqutu nəticəsində soyuq müharbənin başa çatması yeni dövlətlərin müstəqillik qazanması və beynəlxalq hüququn subyektinə çevrilməsi kimi qlobal hadisələr planetin ümumi geosiyasi vəziyyətinə təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklər yaradıb: "Beynəlxalq aləmdə hərbi qüvvələr balansının pozulması və Varşava Müqaviləsi Təşilatının sıradan çıxması nəticəsində NATO dünyanın yeni geosiyasi mənzərəsini formalaşdırmağa çalışan əsas hərbi siyasi güc mərkəzinə çevrildi. Beynəlxalq münasibətlərdə birqütblülük yaradılıb, bu da dünya nizamında yeni oyun qaydalarının əmələ gəlməsinə səbəb olur. Lakin son 25 ilin təcrübəsi göstərir ki, birqütblü sistem və yeni dünya nizamı bütün dövlətlər tərəfindən birmənalı qarşılanmır. Çoxqütblülüyün ardan qaldırılmasına baxmayaraq, yenidən onun bərpa olunmasında maraqlı olan dövlətlər var və onlar müxtəlif hərbi siyasi ittifaqların yaradılmasına səy göstərirlər. Hər bir dövlət özünün milli maraqlarından çıxış edərək hərbi siyasi ittifaqların yaranması məsələsinə fərqli mövqelərdən yanaşır. Bir qrup dövlətin mövqeyinə görə dünyada gedən geosiasi proseslər müxtəlif hərbi siyasi ittifaqların meydana gəlməsinə gətirib çıxaracaq ki, bu da beynəlxalq aləmdə sülhün və sabitliyin təmin olunmasında dönüş yaradacaq. Hərbi siyasi ittifaqlar bir-birinə nəzarət etdiyindən beynəlxalq aləmdə tarazlığın səmərəli şəkildə qorumaq mümkün olacaq. Bu yanaşma birtqüblülüyün tərəfdarı olan ölkələrin maraqlarına cavab vermir. Onlar hesab edir ki, çoxqütblülük dünyada sülhün təmin olunmasını çətinləşdirə, müxtəlif motivli münaqişələr yaratmaqla beynlxalq aləmə qeyri-sabitlik vəziyyətini çətinləşdirə bilər."

"Azərbaycanın 2011-ci ildə üzv olduğu Qoşulmama Hərəkatı isə dünya nizamının yeni arxitekturasının bərabər hüquqlu tərəfdaşlıq üzərində qurulmasında maraqlıdır və bu təşkilatın mövqeyində hansısa dövlət, yaxud beynəlxalq qurum dünyada sülhün və sabitliyin təmin ediməsində əlahiddə hüquqa malik ola bilməz. Dünyanın yaxşılara və pislərə bölünməsi prinsipindən əl çəkilməlidir. Hesab edirik ki, bu gün beynəlxalq hüquq və güc arasında balansın tapılması dünyanın xilasıdır" - Əli Həsənov diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi