Moskvada Azərbaycanın Baş naziri
"Report"un Rusiya bürosu xəbər verir ki, görüş MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində baş tutub.
Görüşdə D.Medvedev əvvəlcə Əli Əsədovu Azərbaycanın Baş naziri təyin olunması münasibətilə təbrik edib: "Azərbaycan həmişə Rusiya tərəfinin dəstək və köməyinə ümid bəsləyə bilər".
D.Medvedev qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb.
Azərbaycanın Baş naziri Ə.Əsədov isə təbrikə görə təşəkkür edib.